Azərbaycan və Türkiyə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, satış imkanlarının artırılması, xidmət və məhsullarının tanıtdırılması eləcə də mövcud investisiya imkanlarının müzakirəsi məqsədilə İzmir şəhərində "İş dünyası-100 ilin zirvəsi 3" biznes forum-sərgisi öz işinə başlayıb.
Biznes-forumda AgroStar şirkətinin Baş Direktoru Mədinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Forumun ilk günündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, o cümlədən Türkiyənin Respublikasının rəsmi şəxsləri AgroStar şirkətinin stendi ilə tanış olublar. “AZCHEMCO”-nun məhsulları barədə təqdimatlar edilib, geniş fikir mübadiləsi aparılıb.
Biznes-forumun məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.
Qeyd edək ki, biznes-forum Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının 100 illiyinə həsr olunan tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AR Türkiyə Respublikasında Səfirliyi və İzmir Ticaret Odasının rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilir.