Ölkədə toxum istehsalı artıb, yeni rayonlaşmış sortlar yetişdirilir

Ölkədə toxum istehsalı ilə bağlı vəziyyət qənaətbəxşdir. Hazırda toxum istehsalçılarının fəaliyyətinə güclü təsir edəcək amil yoxdur. Bu il taxılın qiyməti aşağı düşüb, bu səbəbdən də çörəyin, unun qiyməti aşağıdır.

Bu fikirləri Report-a açıqlamasında Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva deyib.

Digər tərəfdən, bazarda ucuz toxum yoxdur. Həmişə keyfiyyətli toxumun qiyməti yüksək olub. Sadəcə bir az şərtləri ağırlaşdırmışıq. Hər iclasda toxumçulara belə bir sual verirəm: Siz razı olarsınızmı keyfiyyətsiz toxum istehsal edəni öz tərkibimizdə toxumçu kimi saxlayaq? Deyirlər, xeyr. Toxumçu yaxşı toxum istehsal etmirsə, biz onun toxumunu bazara çıxarmaqla, keyfiyyətli toxum istehsal edənə haqsızlıq etmiş oluruq".

M.Əliyevanın sözlərinə görə, ötən illərlə müqayisədə ölkədə toxum istehsalı artıb: "Hətta Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutu keçən illə müqayisədə bu il istehsalı 50 % artırıb. Bu da gələcəkdə toxum idxalından asılılığımızın azalmasına xidmət edir".

O bildirib ki, bu il Rusiyadan toxum idxalı əvvəlki illərlə müqayisədə xeyli azalıb: "Rusiyadan Azərbaycana çox az miqdarda toxum gətirilir ki, bu da sınaqdan keçirib onların effektivliyini yoxlamaq üçün olur. Yəni daxili bazarda daha çox yerli toxum sortları istifadə edilir. Xarici toxumun burda rayonlaşmış sortları yetişdirilir. Seleksiya nəticəsində Genetik Ehtiyatlar İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu bazara yeni quraqlığa davamlı, tez yetişən toxumlar çıxarır. Bu il sərgi-satış yarmarkalarına toxumçuların günəş adlanan arpa sortu çıxardıqlarını görürük. Bu, çox məhsuldar sortdur. Bu sortu Əkinçilik Elmi-Tədqiqat İnstitutu keçən il toxumçulara vermişdi. Onlar da sınaqdan keçirib çox yaxşı nəticə aldılar".

Qeyd edək ki, ötən il Azərbaycan Rusiyadan 2,2 milyon ABŞ dolları dəyərində 3 min 453 ton toxumluq buğda idxal edib. Bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 18 %, kəmiyyət olaraq 36 % azdır. Ötən il xarici ölkələrdən tədarük edilən toxumluq buğdanın 83,4 %-i, bir il əvvəl isə - 83 %-i Rusiyanın payına düşüb. Bu ilin ilk 7 ayında isə Azərbaycan sözügedən ölkədən toxumluq buğda tədarük etməyib.

Xəbərlər

“blog Image

Mədinə Əliyeva İzmirdə beynəlxalq konfransda iştirak edib

“blog Image

Ölkədə toxum istehsalı artıb, yeni rayonlaşmış sortlar yetişdirilir

“blog Image

Azərbaycanda premium toxumların satışına başlanıb

“blog Image

AgroStar Naxçıvanda keçirilən "Aqro festival"da iştirak edib

“blog Image

Yüksək məhsuldar taxıl üçün düzgün toxum seçimi mütləqdir

“blog Image

Ağstafada “Rusiya-Azərbaycan tarla günü-2023” beynəlxalq konfransı keçirilib

“blog Image

Ağstafada toxum sərgi-satış yarmarkası təşkil olunub

“blog Image

Şamaxıda növbəti toxum sərgi-satış yarmarkası keçirilib

“blog Image

Azərbaycanda toxum sərgi-satış yarmarkalarına start verilib

“blog Image

AgroStar şirkəti təltif edilib

“blog Image

Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığın kəskin azalmasına səbəb olur

“blog Image

Məhsuldar, yumşaq Qobustan buğda sortu

“blog Image

AgroStar fermerlərə məhsuldar toxumlar təklif edir!

“blog Image

AgroStar Bərdədə Aqrar İnnovasiya Festivalında iştirak edib

“blog Image

Aqrar İnnovasiya Festivallarına maraq durmadan artır - Mədinə Əliyeva

“blog Image

Azərbaycan Toxumçular Assosiasiyası ECOSA-ya üzv oldu!

“blog Image

AgroStar-ın əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

“blog Image

AgroStar fermerlərə sərfəli qiymətə Karbamid təklif edir!

“blog Image

Göyçay rayonunda yeni filialımız açıldı!

“blog Image

Qusar rayonunda yeni filialımız açıldı!

“blog Image

AgroStar əhatə dairəsini genişləndirir

“blog Image

AgroStar-dan Türkiyəyə dəstək!

“blog Image

AgroStar Beynəlxalq biznes Forumda iştirak edib

“blog Image

AgroStar ECOSA-ya üzv oldu

“blog Image

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI