Yüksək məhsuldar taxıl üçün düzgün toxum seçimi mütləqdir

Sahəyə yüksək keyfiyyətli toxumların səpilməsi məhsuldarlığın artırılmasında mühüm şərtdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Sahədən qəbul olunmuş toxum materialını səpinə hazırlayarkən onun təmizlənməsi, qurudulması, sortlaşdırılması və dərmanlanması işləri ardıcıllıqla yerinə yetirilməlidir.

Bu fikirləri AZƏRTAC- a Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyib.

Onun sözlərinə görə, bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortlarından istifadə məhsuldarlığı xeyli artırır. Ona görə də taxıl əkininin yerli torpaq-iqlim şəraitinə uyğun sortlarla keçirilməsi daha məqsədəuyğundur. Əkiləcək torpaq sahələrinin təsnifatına, həmçinin sələfinə görə düzgün seçilməsi də məhsuldarlığın artmasına təsir göstərən amillərdəndir.

Assosiasiya sədri bildirib ki, toxumlar sortluq və əkin keyfiyyətlərinə görə qiymətləndirilir. Sortluq keyfiyyəti dedikdə sortun özünəməxsus əlamət və keyfiyyəti nəzərdə tutulur. Səpin keyfiyyətinə isə təmizliyi, cücərməsi, cücərmə enerjisi, rütubətliliyi, 1000 dənin çəkisi, ziyanverici və xəstəliklərə davamlılığı kimi amillər daxildir. Toxumların təmizliyi əsas bitki toxumlarının analiz üçün götürülmüş toxum çəkisinə nisbətən qarışıqların çəkisi ilə xarakterizə olunur. Standarta görə, əsas bitki toxumunun təmizliyi 97 faizdən az olmamalıdır.

Toxumlar səpin keyfiyyətinə görə kateqoriyalara bölünür. Məsələn I sinfin təmizliyi 99 faiz, cücərməsi 95 faiz, II sinfinki 98 faiz və 92 faiz, III sinfinki 97 və 90 faiz.

Əkin keyfiyyətinə görə I, II və III sinfə aid toxumlar kondisiyalı toxumlar adlanır.

Toxumun dərmanlanması mütləq və zəruri tədbirlərdəndir. Onun bütün şəxsi təsərrüfatlarda həyata keçirilməsi vacibdir. Dərmanlanma zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır Toxumların cücərmə qabiliyyəti də yüksək olmalıdır. Cücərmə qabiliyyəti 85 faizdən aşağı olan toxumlar səpin üçün yararsız sayılır. Toxumların rütubətliliyi quru toxumun çəkisinə nisbətən faizlə ifadə olunur.

Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə çağırış edərək bildirir ki, yüksək məhsuldarlıq əldə etmək üçün ilk növbədə düzgün toxum seçimi, toxumun təmizliyi, cücərdilmə qabiliyyətinin yüksək olması həmçinin sertifikatlı olması əsas şərtlərdən biridir.

Xəbərlər

“blog Image

Mədinə Əliyeva İzmirdə beynəlxalq konfransda iştirak edib

“blog Image

Ölkədə toxum istehsalı artıb, yeni rayonlaşmış sortlar yetişdirilir

“blog Image

Azərbaycanda premium toxumların satışına başlanıb

“blog Image

AgroStar Naxçıvanda keçirilən "Aqro festival"da iştirak edib

“blog Image

Yüksək məhsuldar taxıl üçün düzgün toxum seçimi mütləqdir

“blog Image

Ağstafada “Rusiya-Azərbaycan tarla günü-2023” beynəlxalq konfransı keçirilib

“blog Image

Ağstafada toxum sərgi-satış yarmarkası təşkil olunub

“blog Image

Şamaxıda növbəti toxum sərgi-satış yarmarkası keçirilib

“blog Image

Azərbaycanda toxum sərgi-satış yarmarkalarına start verilib

“blog Image

AgroStar şirkəti təltif edilib

“blog Image

Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığın kəskin azalmasına səbəb olur

“blog Image

Məhsuldar, yumşaq Qobustan buğda sortu

“blog Image

AgroStar fermerlərə məhsuldar toxumlar təklif edir!

“blog Image

AgroStar Bərdədə Aqrar İnnovasiya Festivalında iştirak edib

“blog Image

Aqrar İnnovasiya Festivallarına maraq durmadan artır - Mədinə Əliyeva

“blog Image

Azərbaycan Toxumçular Assosiasiyası ECOSA-ya üzv oldu!

“blog Image

AgroStar-ın əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

“blog Image

AgroStar fermerlərə sərfəli qiymətə Karbamid təklif edir!

“blog Image

Göyçay rayonunda yeni filialımız açıldı!

“blog Image

Qusar rayonunda yeni filialımız açıldı!

“blog Image

AgroStar əhatə dairəsini genişləndirir

“blog Image

AgroStar-dan Türkiyəyə dəstək!

“blog Image

AgroStar Beynəlxalq biznes Forumda iştirak edib

“blog Image

AgroStar ECOSA-ya üzv oldu

“blog Image

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI