Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığın kəskin azalmasına səbəb olur

Azərbaycanda taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir və bu addım torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır.

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib.

O deyib ki, ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı Assosiasiya tərəfindən maarifləndirici tədbirlər görülsə də bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər: "Bir çox kənd təsərrüfatı məhsul istehsalçıları əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə qayda ilə sahələrə od vururlar. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır".

M.Əliyevanın sözlərinə görə, sahələrdə baş verən yanğın ətraf mühitə zərər verməklə torpağın məhsuldarlığını aşağı salır, torpağın həyat qabiliyyəti zəifləyir, illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur:

"Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə, torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Bu səbəbdən taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımıııdan zərərlidir və yuxarıda qeyd edildiyi kimi, torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasma gətirib çıxarır. Sahənin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur".

Xəbərlər

“blog Image

Mədinə Əliyeva İzmirdə beynəlxalq konfransda iştirak edib

“blog Image

Ölkədə toxum istehsalı artıb, yeni rayonlaşmış sortlar yetişdirilir

“blog Image

Azərbaycanda premium toxumların satışına başlanıb

“blog Image

AgroStar Naxçıvanda keçirilən "Aqro festival"da iştirak edib

“blog Image

Yüksək məhsuldar taxıl üçün düzgün toxum seçimi mütləqdir

“blog Image

Ağstafada “Rusiya-Azərbaycan tarla günü-2023” beynəlxalq konfransı keçirilib

“blog Image

Ağstafada toxum sərgi-satış yarmarkası təşkil olunub

“blog Image

Şamaxıda növbəti toxum sərgi-satış yarmarkası keçirilib

“blog Image

Azərbaycanda toxum sərgi-satış yarmarkalarına start verilib

“blog Image

AgroStar şirkəti təltif edilib

“blog Image

Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığın kəskin azalmasına səbəb olur

“blog Image

Məhsuldar, yumşaq Qobustan buğda sortu

“blog Image

AgroStar fermerlərə məhsuldar toxumlar təklif edir!

“blog Image

AgroStar Bərdədə Aqrar İnnovasiya Festivalında iştirak edib

“blog Image

Aqrar İnnovasiya Festivallarına maraq durmadan artır - Mədinə Əliyeva

“blog Image

Azərbaycan Toxumçular Assosiasiyası ECOSA-ya üzv oldu!

“blog Image

AgroStar-ın əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

“blog Image

AgroStar fermerlərə sərfəli qiymətə Karbamid təklif edir!

“blog Image

Göyçay rayonunda yeni filialımız açıldı!

“blog Image

Qusar rayonunda yeni filialımız açıldı!

“blog Image

AgroStar əhatə dairəsini genişləndirir

“blog Image

AgroStar-dan Türkiyəyə dəstək!

“blog Image

AgroStar Beynəlxalq biznes Forumda iştirak edib

“blog Image

AgroStar ECOSA-ya üzv oldu

“blog Image

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI