Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyasıdır. Orta boylu (90-100 sm), yatmaya davamlı, tezyetişən sortdur. Sünbülü yetişmə zamanı əyilən, uzun, orta sıxlıqda olmaqla ağ rəngdədir.
Qılçıqları ağ, kobud və dişlidir.
Dəni orta irilikdə, şırımın xarakteri dayaz, rəngi ağ, yarıyumru, qayəsi tüklüdür. Yüksək texnoloji və çörəkbişirmə keyfiyyətinə malikdir. Sort dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə davamlıdır.
Əkin vaxtı
Oktyabrın 2-ci və 3-cü ongünlüyü
Potensial məhsuldarlığı
6,5-7,5 ton/ha
Quraqlığa davamlılığı
Yüksək davamlı