Azərbaycanda kənd təsərrüfatı sahəsində xüsusi xidmətləri olan "AgroStar Azərbaycan" şirkəti əhatə dairəsini genişləndirməkdədir.
Bu barədə məlumat verən şirkətin baş direktoru Mədinə Əliyeva bildirib ki, 2021-ci ildən fəaliyyətə başlayan "AgroStar Azərbaycan" şirkəti qısa müddət ərzində fermerlərin rəğbətini qazanmışdır. Şirkətın əsas fəaliyyəti fermerləri yüksək, keyfiyyətli toxum və bitkilərə qulluq vasitələri ilə təmin etməkdən ibarətdir.
Mədinə Əliyevanın sözlərinə görə, payız əkini öncəsi fermerlərin toxuma olan tələbatını təmin etmək üçün "AgroStar Azərbaycan" şirkəti bölgələrdə səyyar satış xidmətinə başlamışdır. Artıq Oğuz, Şəki, Zaqatala, Qax, Biləsuvar rayonlarında olan fermerlər səyyar satış xidmətindən yararlanıblar. Səyyar satış xidmət ölkənin digər regionlarında da keçiriləcək. Fermerlər keyfiyyətli və sertifikatlı toxum sifariş etmək üçün 050 274 75 41 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Mədinə Əliyeva həmçinin deyib ki, bu yaxınlarda Qusarda "AgroStar Azərbaycan" şirkətinin yeni filialı açılmışdır. Yaxın vaxtlarda digər regionlarda da filialların açılması planlaşdırılır.